Ukrayna limanlarından dünyaya ixrac edilən qida məhsullarının həcmi açıqlanıb

223

“İndiyədək 27 milyon tona yaxın qida məhsualları, o cümlədən buğda Ukrayna limanlarından dünyaya daşınıb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, qida məhsullarının xüsusilə kasıb ölkələrə daşınması ilə ərzaq böhranının qarşısını almaq olar.

M.Çavuşoğlu bildirib ki, qida məhsullarının dünyaya daşınması ilə bağlı sazişin yerinə yetirilməsi davam etməlidir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.

2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.