Əməkdaşların sağlamlığı daim xüsusi diqqətdə saxlanılır

235

7 aprel Ümumdünya Sağlamlıq Günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üç əməkdaşına ödənişsiz profilaktik tibbi müayinə (chek-up) paketi hədiyyə olunub. 

Paşa Sığorta şirkətinin tərəfdaşlığı ilə xüsusi hazırlanan müayinə paketini  əməkdaşlara ASCO sədrinin müavini Cəbrayıl Mahmudlu təqdim edib və onlara xəstəliklərdən uzaq sağlam həyat arzulayıb.

“Chek-up” müayinə paketini əldə edən ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Hövsan” gəmisinin kapitanın baş köməkçisi, üzən heyətin yeganə xanım dənizçisi Rita Rzaquliyeva, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun gəmi təmiri çilingəri, Vətən müharibəsi iştirakçısı Nurlan Həsənov və “Xəzərdənizlayihə ETİ”nin mühəndis-konstruktoru, ASCO-da keçirilən intelektual yarışın ən yaxşı iştirakçısı Şahin Əsədli minnətdarlığını bildirib.

Qeyd edək ki, ASCO-da üzən və sahil heyətin sağlamlığına, dövri tibbi müayinənlərdən keçirilməsinə xüsusi diqqət ayrılır. Bundan başqa, 2019-cu ildən ASCO-nun idarəetmə aparatı və struktur bölmələrinin əməkdaşlarını əhatə edən könüllü tibbi sığorta tətbiq edilir. Bu sosial proqram çərçivəsinə əməkdaşlar ölkəmizin bir sıra klinika və xəstəxanalarında tibbi xidmətlərlə təmin olunurlar.

asco.az