Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

266

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ASCO-nun rəhbər şəxsləri, əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrinin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkdir.

asco.az