“JERA” və “KOGAS” şirkətləri anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar

196

Yaponiyanın “JERA” və Koreyanın “KOGAS” şirkətləri ticarət və gəmi hərəkətinin optimallaşdırılması da daxil olmaqla LNG sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.

Bu barədə “JERA”-nın mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edilir ki, saziş mayeləşdirilmiş təbii qaz təchizatının sabitliyini təmin etmək məqsədilə imzalanıb.

“Qlobal LNG bazarının ən böyük alıcılarından olan “JERA” və “KOGAS” strateji əlaqələrini gücləndirəcək və hər iki ölkənin sabit enerji təchizatını yaxşılaşdırmaq üçün LNG tələbi və təklifi üzrə əməkdaşlıq sxemlərini inkişaf etdirməyi nəzərdən keçirəcəklər”, – deyə məlumatda bildirilir.

“JERA” satınalmalarını genişləndirmək üçün həm Yaponiyada, həm də ölkədən kənarda digər LNG alıcıları ilə işləməyə davam etməyi planlaşdırır. Şirkət qeyd edir ki, mayeləşdirilmiş təbii qaz uzunmüddətli perspektivdə həm Avropa, həm də Asiya üçün daha da mühüm rol oynayacaq.

“Seanews.az”