Martda Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

238

Bu ilin mart ayında Türkiyə limanları 4 min 620 gəmi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 min 291, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 329 olub.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 12 min 792 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 3 min 694, Türkiyə bayrağı altında olan gəmilər isə 9 min 98 olub.”, – deyə nazirlikdən bildirilib.