ADDA-da “Heydər Əliyevin dənizçilik təhsilinin və dəniz nəqliyyatının inkişafında rolu” mövzusunda elmi-praktiki seminar keçirilib

279

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi sürücülüyü” fakültəsinin, “Dəniz naviqasiyası” kafedrasının və “Caspian Marine Services” şirkətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin dənizçilik təhsilinin və dəniz nəqliyyatının inkişafında rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminar Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın “Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev Heydər Əliyevin ölkəmizin dəniz nəqliyyatının, habelə Azərbaycan elminin inkişafındakı xidmətlərindən ətraflı söhbət açıb, çıxışını faktlarla əsaslandırıb.

Digər çıxışçılar qeyd ediblər ki, Ulu Öndərin ideyaları və tövsiyələri bu gün də müasir gəmiçilik şirkətləri üçün yol xəritəsi rolunu oynayır.

CMS nümayəndələri şirkətin fəaliyyəti haqqında ətraflı məlumat veriblər, tələbələrin suallarını cavablandırıblar.

Səmimi və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda keçən seminarın sonunda fəal tələbələr mükafatlandırılıb.

adda.edu.az