IMO-nun Baş katibi dəniz quldurlarının gəmilərə hücumundan narahatdır

209

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Kitak Lim 2023-cü il martın 25-də Monjasa Reformer gəmisindən altı heyət üzvünün qaçırılmasından və Qvineya körfəzində tankerlə bağlı insidentdən “dərin narahat olduğunu” bildirib.

“Seanews.az” xəbər verir ki, bu barədə İMO-nun mətbuat xidməti məlumat yayıb.

Təşkilat rəhbəri açıqlamasında deyib ki, IMO 2021-ci ildən bəri piratçılıq təhlükəsi ilə mübarizədə kollektiv səylər nəticəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi və nəticədə belə hücumların sayının azaldığını qəbul edir. Lakin davam edən təhlükə bütün aidiyyəti aktorların, o cümlədən regional təşkilatların iştirakı ilə birgə həll edilməlidir.

Qeyd edək, ki, martın 25-də dəniz quldurları Liberiya bayrağı altında dedveyti 13,7 min ton olan “Monjasa Reformer” bunker və neft tankerini (Gəmi “Montec Ship Management” tərəfindən idarə olunur) ələ keçiriblər. Hadisə Konqonun Puent Nuar limanından təxminən 140 mil qərbdə baş verib.

İdarəetmə şirkətinin məlumatına görə, hücum zamanı yük çənlərində dəniz qazoylu, aşağı kükürdlü və yüksək kükürdlü mazut olub.