“Petr Velikiy” gəmisinin Xəzər dənizində ilk kruizi avqustun sonuna planlaşdırılıb

273

“Petr Velikiy” gəmisinin Xəzər dənizində ilk kruizi avqustun sonuna planlaşdırılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, kruizlərin müddəti 9 gündən 20 günə qədər olacaq.

“Böyük Pyotr” gəmisi həm daxili sularda, həm də dənizlərdə hərəkət etməyə imkan verən “çay-dəniz” sinfinə aiddir.

Planlaşdırılan ilk kruizlər Xəzər hövzəsi ölkələrini – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı əhatə edəcək.