Aktau dəniz limanı beynəlxalq status alacaq

284

Qazaxıstan hökuməti beynəlxalq əhəmiyyətli dəniz limanı statusunu Aktau limanına qaytarmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bununla bağlı müvafiq qərar hazırlayıb.

Qərara görə,  “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Səhmdar Cəmiyyəti “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” Milli Şirkəti Səhmdar Cəmiyyəti adlandırılacaq.

Qərar layihəsinə verilən izahatda qeyd edilir ki, sənəd yeni geosiyasi şəraitdə ölkənin nəqliyyat-tranzit potensialının inkişafına dair dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanıb və  aprelin 24-dək müzakirə üçün açıqdır.