Koreya sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb

282

Koreya Respublikası (Cənubi Koreya) sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi aprelin 21-də məlumat yayıb.

Bildirilib ki, dənizçilərin meyiti gəminin göyərtəsində aşkar edilib. Daha iki nəfərin meyitinin axtarışı davam edir.

Bir müddət əvvəl Rusiya gəmisinin Cənubi Koreyada yandığına dair məlumat yayılmışdı. Gəminin göyərtəsində 25 heyət üzvü olub. Onlardan 21-i xilas edilib, 4-nün axtarışı aparılıb.