Xəzər dənizində zəlzələ olub

280

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ saat 03:56-da qeydə alınıb.

Altmış iki kilometr dərinlikdə baş verən təkanların gücü 4 bal olub.