Finlandiyanın səfiri Bakı Limanına səfər edib

296

Bu gün Finlandiyanın Cənubi Qafqazdakı səfiri xanım Kirsti Narinenin başçılıq etdiyi Finlandiya nümayəndə heyəti Bakı Limanına səfər edib. Xanım səfiri Finlandiyanın aparıcı biznes nümayəndələri, o cümlədən Nokia və Finland EastCham müşayiət edirdi. Səfər zamanı tərəflər Avropa və Asiya arasında mühüm körpü olan Bakı Limanını regiondakı strateji mövqeyini müzakirə ediblər. Finlandiya nümayəndə heyəti həmçinin Finlandiya bizneslərinin Bakı Limanı vasitəsilə Mərkəzi Asiya və Çinə və əks istiqamətdə yüklərin daşınması imkanlarını araşdırıb. Qeyd etmək lazımdır ki, səfir Narine bundan əvvəl 28 oktyabr 2022-ci il tarixində Bakı Limanının Bakıdakı ofisində olmuşdu. Bugünkü səfərdə isə o, Bakı Limanının qabaqcıl texnoloji imkanları, onun regionda ticarət və iqtisadi inkişafı təşviq edən tranzit qovşağı kimi apardığı fəaliyyətlərlə tanış olmaq imkanı yaratdı.

Source:https://www.facebook.com/BakuSeaTradePort