ASCO-da Dünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

311

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Dünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə ASCO-da əməyin münasibətləri sahəsində görülən işlərdən danışılıb.

Bildirilib ki, ASCO-da sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. Şirkətdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir.

Tədbirlər çərçivəsində mövzu ilə əlaqədar əməkdaşları maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən aprelin 28-i tarixini Dünya Əməyin Mühafizəsi Günü elan edib. Builki Dünya Əməyin Mühafizəsi Günü “Təhlükəsiz və sağlam iş mühiti əsas prinsip və iş hüququdur” devizi ilə keçirilir.

seanews.az