Trieste Limanının prezidenti Zeno D’Aqostino Bakı Limanına səfər edib

253

Bu gün İtaliya və Aralıq dənizində ən böyük limanlarından biri Trieste limanının prezidenti Zeno D’Aqostino iki liman arasında yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib. Səfər zamanı o, Bakı Limanın əməliyyat qrupu ilə görüşüb və Bakı Limanının imkanları və əməliyyat imkanları ilə tanış olub.

Görüşdə Avropanı Asiya ilə birləşdirən strateji marşrut olan Orta Dəhliz vasitəsilə Bakı Limanından keçməklə göndəriləcək yük həcminin arıtırlması müzakirə olunub. Bakı və Trieste limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya sahib olan logistika şirkətlərinin iştirakı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirilməsi də əsas hədəflərdən biridir.

Digər müzakirə olunan mövzu Bakı Limanının genişləndirilməsi strategiyası olub. Xəzər dənizinin ən müasir limanlarından olan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı Limanı, bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışır.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahib olan Trieste Limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir. Bu səfər və potensial tərəfdaşlıq, qlobal təchizat zəncirində mühüm ticarət qovşaqları kimi hər iki limanın mövqelərqini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı region ölkələrinə da fayda gətirə bilər.

Source:https://www.facebook.com/BakuSeaTradePort