ASCO əməkdaşları arasında şahmat yarışı keçiriləcək

220

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur bölmələrinin əməkdaşları arasında 10 mayda şahmat yarışı keçiriləcək.

Şahmat yarışında iştirak etmək istəyən əməkdaşlar ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinə müraciət edə bilərlər.

Ölkəmizdə idmanın inkişafına Ümummilli lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilib. Məhz, ASCO-da  təşkil olunan idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.