Dövlət Dəniz və Liman Agentliyinin 2 tenderi ləğv olundu – SƏBƏB

390

Dövlət Dəniz və Liman Agentliyinin 2 tenderi ləğv olunub.

FED.az xəbər verir ki, bunlar qazanxana, kondisioner və generatorlara servis xidməti və cari təmir işlərinin satınalınması və avtomobillərin cari təmir işlərinin satınalınmasına dair tenderlərdir.

Hər iki tenderin ləğv olunma səbəbi elektron tender üzrə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 50-4.2-ci maddələrinin tələblərinə əsasən tenderin davamından imtina edilməsidir.

 Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsin görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

50-4.2-ci maddəyə görə elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.