Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

461

Azərbaycanda ilk dəfə olaraq gəmi istehsalında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə (STP) daxil olan “STP Global Cable” MMC-nin istehsal etdiyi kabellərdən istifadə ediləcək.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC ilə STP arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İlkin mərhələdə gəmiqayırma müəssisəsi “STP Global Cable”dən müxtəlif parametrli və sertifikatlı – 0.6/1KV yanğına davamlı ekranlı güc və aydınlatma, 250V individual ekranlı xəbərləşmə və kontrol, Cat 6A SFTP (individual olaraq daxilindəki tellər izolasyalı), Rg59/u+2×0.75 (antena və güc kabeli birlikdə olan) kabelləri alacaq.