Bakı Limanında aşağıdakı vakansiya mövcuddur

3871

3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

Struktur vahidinin adı

İnfrastruktura texniki xidmət departamenti

Struktur bölmənin adı

Elektrik sahəsi

İş rejimi

Gündəlik

Vakansiyaya müraciət üçün son tarix

22-05-2023

İş yerinin ünvanı

Ələt

Şərtlər

3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinin profilinə aşağıdakılar daxildir:

–       Orta ixtisas təhsili (Energetika istiqaməti) və ya müvafiq sahə üzrə sertifikat;

–       Sahə üzrə ən azı 1 il iş təcrübəsi.

BİLMƏLİDİR:

–       Elektrik şəbəkələrin, qurğularının texniki istismar qaydalarını və istismarında təhlükəsizlik texnikası qaydalarını;

–       Elektrik qurğularının quraşdırılması qaydalarını;

–       Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

–       0.4 kV elektrik təchizat sxemini və qidalanmasını;

–       Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;

–       Öhdəsində olan elektrik qurğu və avadanlıqların iş prinsipini;

–       Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;

–       Güc transformatorlarının, hava və kabel xətlərinin, açarların və s. texniki parametrlərini;

–       Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

DAVRANIŞ BACARIQLARI:

–          İntizamlı;

–          Məsuliyyətli;

–          Detallara fikir vermək;

–          İşlərini düzgün planlamaq.

Öhdəliklər

–       Cəmiyyətin iş yerlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olmasında iştirak etmək;

–       10/0.4 Y/S-ların 0.4 kV tərəfində olan elektrik avadanlıqlarının TİQ-larının tələblərınə uyğun şəkildə istismarına nəzarət etmək;

–       0,4 kV-a qədər elektrik qurğu və avadanlıqlarını, elektrik maşın və aparatlarını yığmaq, quraşdırmaq və orta təmirini icra etmək;

–       Y/S və Limanın bütün elektrik tələbatçılarının işıqlanmasını, həmçinin inzibatı binalarda elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını həyata keçirmək;

–       Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;

–       Ərazinin işıqlanması problemlərinin aradan qaldırılmasını təmin etmək;

–       Elektrik avadanlıqlarına nəzarət etmək və yaranmış nasazlıqları aradan qaldırmaq;

–       İşıqlandırıcı armaturların sazlanması, onlara xidmət edilməsi, lümunisetli və başqa tipli lampaların qoyulması işlərini yerinə yetirmək.

Müraciət et : http://cvportal.portofbaku.az/index.php?r=candidates/register

Source:http://cvportal.portofbaku.az/index.php?r=vacancies/view&id=25