Yanvar-aprel aylarında Antalya limanı 1 milyon tondan çox yük qəbul edib

273

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Antalya limanı 1 milyon 121 min 895 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Antalya limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 58 min 249 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 63 min 646 ton yük daşınıb.

“2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Antalya limanından 670 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.

Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.