Singapur Dəniz Adminstrasiyasının nümayəndə heyəti Bakı Limanına səfər edib

469

Qurumun regional baş direktoru və biznesin inkişafı şöbəsinin rəhbəri cənab Van Chi Foonqun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanını ziyarət edib və limanın əməliyyat imkanları ilə tanış olub. Qonaqlar terminallarla baxış keçirib və gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib.

Qeyd edək ki, dünyanın ən böyük konteyner aşırma mərkəzi olan Sinqapur portu 42 ölkənin 160 limanına yük göndərir. 55 körpüsü olan liman 2022-ci ildə 37 milyon TEU konteyner aşırıb.

Source:https://www.facebook.com/BakuSeaTradePort