Moskva Dövlət Universitetinin MBA tələbələri Bakı Limanında qonaq olublar

372

MBA proqramının rəhbəri, professor Valentina Gerasimenkonun rəhbərlik etdiyi tələbələr qrupu Bakı Limanının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə bank, logistika və konsaltinq kimi sektorları əhatə edən müxtəlif biznes qurumlarında çalışan tələbələr daxil olub.

Səfər zamanı tələbələr limanın texniki imkanları ilə tanış olmaqla yanaşı qabaqcıl liman texnologiyaları haqqında da məlumat əldə etmək imkanı qazanıblar. Liman və logistika sahəsi ilə əyani tanışlıq nəticəsində tələbələr bu sahənin prespektiv biznes imkanları ilə bağlı da məlumat əldə ediblər.

Source:https://www.facebook.com/BakuSeaTradePort