Azərbaycan Avropadan neft məhsulları idxal edir

464

I rübdə Azərbaycanın Avropa İttifaqı ölkələrindən neft məhsulları ixracı 17% azalıb

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin birinci rübündə Azərbaycana 8,834 milyon avro məbləğində (artım 35,6%) 2 873 ton neft məhsulları (azalma 17,3%) ixrac edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycan Almaniyadan 4,616 milyon avro dəyərində (artım 81,1%) 1 202 ton (artım 40,4%), Belçikadan 1,807 milyon avro dəyərində (azalma 15%) 550 ton neft məhsulları (azalma 2,5 dəfə) idxal edib.

Avstriya, Bolqarıstan, Çexiya, Danimarka, İspaniya, Finlandiya, Fransa, Yunanıstan, Xorvatiya, Macarıstan, İtaliya, Litva, Latviya, Niderland və Polşadan Azərbaycana az həcmdə neft məhsulları tədarük olunub.

Statistikaya əsasən, Aİ ölkələri 2022-ci ildə Azərbaycana 35,881 milyon avro dəyərində (azalma 38,9%) 14 091 ton neft məhsulları (2021-ci illə müqayisədə azalma 5,3 dəfə) ixrac edib.

Source:http://caspianbarrel.org/