” Green Line Shipping” və “Qlobal Dənizçilik Resursları” MMC olaraq 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü dənizçilərin övladları ilə birgə keçirdıb

391

” Green Line Shipping” ve “Qlobal Dənizçilik Resursları” MMC olaraq 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ölkəmizdə dənizçilik sahəsinin inkişafı üçün yorulmadan çalışan peşəkar dənizçilərin övladları ilə birgə keçirdik.

Tədbirdə dünya sularında Azərbaycan gəmilərinə xidmət edən fədakar dənizçilərin çətin və şərəfli peşələri ilə bağlı video təqdimatlarla öz biliklərimizi bölüşdük, eləcə də tədbir zamanı mərkəzimizdə gəmini əks etdirən simulyator aparatları ilə uşaqlara dənizçi peşəsini aşılayaraq onlarda maraq yaratmağa çalışdıq və müxtəlif hədiyyələr təqdim edərək, birlikdə master klass təşkil etdik. Ümid edirik ki, birlikdə keçirdiyimiz bir günü onlar üçün xoş xatirəyə çevirə bildik.

Uşaqlar bizim gələcəyimizdir və gələcək onların əlindədir. Atdıqları hər addımda onlara dəstək olmaq, onları qorumaq, sevgi ilə böyümələrinə dəstək olmaq bizim borcumuzdur.

Bütün uşaqları 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü münasibəti ilə təbrik edirik!

Source:https://www.facebook.com/profile.php?id=100083373217311