“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının yetirmələri  üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub 

606

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Xətai filialının uşaqları üçün ekskursiya təşkil edilib.

Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan “Dənizçilik əlifbası” kitabı təqdim olunub.

asco.az