“United Alliance Group”un nümayəndələri 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunda iştirak edib

632

Bu gün Bakı Konqres Mərkəzində beynəlxalq tədbir – 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” keçirilib.

Allmarinenews xəbər verir ki,  ilk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə baş tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi çərçivəsində baş tutub.

Forumda Azərbaycanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, nəqliyyat assosiasiyalarının nümayəndələri, sektor üzrə mütəxəssislər ilə yanaşı United Alliance Group LTD şirkətinin nümayəndələri Seymur Mirzəyev, Məhərrəm Hüseynov və Asif Mehtiyev iştirak ediblər.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunub.

Source:https://allmarinenews.com/az/news/-united-alliance-group-un-numayendeleri-1-ci-xezer-beynelxalq-neqliyyat-ve-logistika-forumunda-istirak-edib