Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər

180

Azərbaycan yelkənçiləri İspaniyanın Kosta Brava şəhərində keçiriləcək 2023 Optimist Dünya Çempionatına qatılacaqlar.

Federasiyadan “Report”a verilən məlumata görə, yarışda ölkəni Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.

İdmançılar mundiala məşqçi Yasin Çakır və Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, dünya çempionatı 15-25 iyunda təşkil olunacaq.