“Bibiheybət” Gəmi Təmiri Zavodunda Şəhid İlham Allahverdiyevin əziz xatirəsi anılıb

356

20 Yanvar Şəhidlərindən olan İlham Allahverdiyevin anadan olmasının 61-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. 

Bu barədə jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib.

O bildirib ki, bu münasibətlə Şəhidin qardaşı Elxan Allahverdiyev və yaxınları öncə İlham Allahverdiyevin çalışdığı “Bibiheybət” Gəmi Təmiri Zavodunun həyətindəki büstünü və “Şahid anası” abidəsini ziyarət ediblər. 

Ziyarətdə zavodun Sosial məsələlər üzrə mühəndisi Pərviz Qurbanov da iştirak edib. O, zavod rəhbərliyi adından Şəhidin ailıəsinə başsağlığı verib. 

Pərviz Qurbanov Prezident İlham Əliyevin Şəhid ailələrinə diqqət və qayğısından danışıb.

Şəhidin qardaşı Elxan Allahverdiyev zavodun həyətində yerləşən Şəhid abidələrinin səliqəli saxlanılması, ora daim tər güllərin qoyulması ilə bağlı zavod rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra İlham Allahverdiyevin və onun sadiq həyat yoldaşı Fərizənin Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, ruhlarına dualar oxunub.

asco.az