ASCO-da dənizçilik sahəsinə aid beynəlxalq konvensiya və məcəllələrə dair təlim keçirilib

214

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işçi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” (ISM Code),  Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə” (ISPS) və “Dəniz Əmək Konvensiyası” (MLC) ilə bağlı təlim təşkil olunub.

Təlimi dünyanın ən böyük dənizçilik təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) “LNG Academy” təlim mərkəzinin meneceri Ryan Salamati keçib.

Təlim zamanı iştirakçılara Beynəlxalq Məcəllə və Konvensiyaların tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə ətraflı məlumat verilib.

Seminar interaktiv formada baş tutub, iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.

asco.az