CMS nümayəndələri Bakı Dərin Özüllər Zavodundakı BP ofisində keçirilən Dəniz Təhlükəsizliyi Forumuna iştirak ediblər

535

CMS nümayəndələri 7 iyun 2023-cü il tarixində Bakı Dərin Özüllər Zavodundakı BP ofisində keçirilən Dəniz Təhlükəsizliyi Forumuna qoşulublar. Tədbirdə neft-qaz, eləcə də dəstək sektorları üzrə əsas şirkətlər iştirak ediblər. İnteraktiv görüş zamanı iştirakçılar aşağıdakı mövzular üzrə öz fikirlərini müzakirə etməyə təşviq ediliblər:

• İş yerində müxtəliflik, bərabərlik və inklüzivlik. İş yerində müxtəliflik, bərabərlik və inklüzivlik hansı vasitələrlə idarə edilməlidir.

• Neft və Qaz İstehsalçılarının Beynəlxalq Assosiasiyasının (IOGP) Həyatı Dəyişən Yaralanmalar üzrə təsnifatı. O, podratçının hesabat vermə və risk qiymətləndirmə proseslərinə necə inteqrasiya olunub, yəni Risk matrislərinə daxil edilibmi? Risk qiymətləndirilməsini həyata keçirən insanlar bunu başa düşürlərmi? Podratçılar bu məlumatı necə bölüşürlər?

CMS nümayəndələri statistik məlumatları nümayiş etdirərək şirkətin DE&I məsələsinə dair mövqeyini təqdim etdilər. Şirkətin müxtəliflik, bərabərlik və inklüzivlik anlayışları ilə səsləşən əsas dəyərlərinə – Dürüstlük, Güvən və Komanda İşinə sadiqliyi bir daha bəyan edildi.

SOURCE:https://www.facebook.com/CaspianMarineServices