Dəniz nəqliyyatı sahəsində səmərəli fəaliyyətlərinə görə Bakı Limanının əməkdaşları döş nişanları ilə təltif edilib

497

Bakı Limanının donanmasının əməkdaşları Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Dəniz nəqliyyatı sahəsində səmərəli fəaliyyətlərinə görə müvafiq döş nişanları ilə təltif edilib. 25 İyun- Dünya Dənizçilər Günü münasibətilə təşkil edilən təqdimetmə mərasimində Bakı Limanının Dəniz xidmətləri departamentinin rəhbəri Ruslan Hüseynov “Uzaq Səfərlər Kapitanı” döş nişanı, həmin departamentin əməkdaşları Emil Aydınov, Rizvan Nəzərov, Amil Əsədov, Elxan Bayramov isə “Donanmanın Fəxri işçisi” döş nişanı ilə təltif edilib.

Həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.