“DNV” Təsnifat Cəmiyyəti dünyanın ilk “D-INF” tipli sertifikatlarını verib

397

“DNV” Təsnifat Cəmiyyəti gəmilərdə məlumat toplama sistemlərinin texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən dünyada ilk “D-INF” tipli sertifikatlar verib. İlk sertifikatlar Çin gəmiçilik qrupu “COSCO” və Cənubi Koreyanın “Samsung Heavy Industries” (“SHI”) gəmiqayırma şirkətilərinə nəsib olub.

“D-INF qaydaları gəminin məlumat infrastrukturunun layihələndirilməsi, tikintisi və texniki xidmət üçün təlimatları əhatə edir. Sinif təyinatını həyata keçirməklə, “COSCO” və “SHI” müştərilərə standartlaşdırılmış məlumat mübadiləsi həlli təqdim etməyi və gəmiçilik sənayesinin rəqəmsal transformasiyasına rəhbərlik etməyi hədəfləyir.

Gözlənilir ki, standartlaşdırılmış məlumat infrastrukturu sistemi təkmilləşdirilmiş şəbəkə bağlantısı, məlumat mübadiləsi, real vaxt rejimində təhlil və monitorinq vasitəsilə təhlükəsizliyi və əməliyyat səmərəliliyini artıra, eləcə də texniki xidmət xərclərini azalda bilər.

Standartlaşdırılmış həllər üçün “D-INF” təyinatı məlumat toplama infrastruktur sistemlərinin bir neçə fərqli sistemdən məlumat toplaya biləcəyini və məlumatların toplanması, mübadiləsi, etibarlığı və istifadəsini asanlaşdıran ISO 19847/19848 standart formatına uyğun olaraq giriş və çıxışı dəstəkləyə biləcəyini təsdiqləyir.

“Seanews.az”