Veteran dənizçi Tahir Həsənov 70 illik yubileyini qeyd edir

666

Gəmiçilik sahəsində təcrübəyə malik olan mexanik Tahir Həsənov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tahir Həsənov 07 iyul 1953-cü ildə anadan olub.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Tahir Həsənovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.