İndoneziyada İran bayrağı altında üzən neftlə dolu tanker saxlanılıb

287

İndoneziyanın Bakamla bölgəsində sahil mühafizə xidmətinin əməkdaşları iyulun 11-də İran bayrağı altında üzən neftlə dolu tankeri saxlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Məlumata görə, tanker xam neftin qanunsuz nəqliyyatında iştirakda şübhəli bilinir.

Bildirilib ki, “Arman 114” gəmisinin göyərtəsində 272 000 tondan çox yüngül xam neft olub. Gəmi nefti Kamerun bayrağı altında üzən “Stinoz” tankerinə nəql edildikdən sonra saxlanılıb.

Qeyd edək ki, bu ilin yanvarında İran və Panama bayraqları altında üzən gəmilər qanunsuz neft nəqlində iştirakda şübhəli bilinərək İndoneziya sularında saxlanılıblar. Bu taknerlər Batam adasındakı məhkəmənin qərarı ilə 4 aydan sonra müsadirə olunub. Dənizə neft axıtdıqları üçün gəmilərin sahibləri 140 000 dollar məbləğində cərimə ödəyiblər.

2016-cı ildə ABŞ İrana qarşı sanksiya tətbiq edib. Bundan sonra bəzi dövlətlərin neft nəqliyyat donanmaları qadağalardan yan keçməklə İran neftinin daşınması ilə məşğul olur.