Prezident: “Dəniz ticarət limanımızın yükaşırma qabiliyyətini 25 milyon tona çatdırırıq”

286

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. İndi biz, sadəcə, texniki imkanları artırırıq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Şərqdən-Qərbə daşınan yüklərin həcminin artmasının yükaşırma baxımından problemlər yaradacağını vurğulayan dövlətimizin başçısı hazırda dəniz ticarət limanımızın imkanlarının 25 milyon tona artırıldığını qeyd edib.

Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olmağımıza baxmayaraq, yeni tanker və yük gəmilərinin inşa edildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır”.