İran sahillərində tanker yandı

359

İran sahillərində maye qaz daşıyan Panama bayraqlı tankerdə yanğın baş verib.

Bu barədə İranın Buşəhr əyalətindəki Əsəluye şəhər limanının direktoru bildirib. Onun sözlərinə görə, tanker 40 min ton yük daşıyır.

Bildirilir ki, yanan gəmidən 22 dənizçini xilas edilib.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: TASS