Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

211

2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.

Məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 227 milyon 32 min 354 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 812 min 935 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 210 milyon 219 min 419 ton daşınıb.”, – deyə qeyd edilib.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 41 milyon 60 min 938 ton tranzit yük daşınıb.

seanews.az