Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb

329

Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Mingəçevir şəhər Polis Şöbəsinin, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri həyata keçirilib.

Mingəçevir şəhərində Kür çayı sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı gəmi istifadəçiləri Ümüd Nəbiyev, İntiqam Kamalov, Məhərrəm Məhərrəmov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.