Ukrayna Qara dənizdəki dəhlizlərdən keçmək istəyən gəmilərin qeydiyyatına başladı

348

Ukrayna Qara dənizdəki müvəqqəti dəhlizlərdən keçməyə hazır olan ticarət gəmilərini qeydiyyata almağa başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk telemarafonun efirində deyib.

O vurğulayıb ki, gəmi sahibləri və gəmi kapitanlarına Rusiya donanmasından gələn təhdidlər və Qara dənizdə mina təhlükəsi barədə xəbərdarlıq edilib.

“Ona görə də təbii ki, bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında baş verəcək. Biz təhlükəsizliyin təmin edilməsi üçün bizdən asılı olan hər şeyi edirik. İndi isə artıq qeydiyyata alınma başlayıb, koordinator fəaliyyət göstərir”, – deyə spiker bildirib.

Eyni zamanda Pletençuk artıq qeydiyyatdan keçmiş gəmilərin sayı barədə təfərrüatları açıqlamayıb. O qeyd edib ki, hələlik bununla bağlı bütün təfərrüatları açıqlaya bilməz.

Həmçinin Ukrayna Qara dənizdəki dəhlizlərin nə qədər müddət fəaliyyət göstərəcəyi ilə bağlı da hələki qərar verməyib.

Spikerin fikrincə, müvəqqəti dəhlizlər beynəlxalq humanitar böhranın aradan qaldırılmasına kömək edəcək, həmçinin şirkətlərə Rusiyanın təcavüzü nəticəsində “humanitar əsirlik”də olan gəmiləri çıxarılmasına imkan verəcək.

Mənbə: RBC-Ukrayna