Azərbaycan şirkətləri yüksək maaşla işçilər axtarır – MAAŞ 1000-1200-2000-2500-3000-3500-4000 MANAT- 10 VAKANSİYA

794

Grand Motors Company

Müştəri Xidmətləri Bölməsinin Rəhbəri

Son tarix 09 sen 2023 [email protected]

Namizədə olan tələblər:   

  • Ali təhsil (Menecment ixtisası üzrə olması üstünlükdür);  
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi olmalı;
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint);  
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Kollektivdə işləmə bacarığı və stressə davamlı olmalı.

Vəzifə öhdəlikləri:  

  • Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi; 
  • MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi; 
  • MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi;
  • CRM üzrə iş prosesinə nəzarətin edilməsi; 
  • MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi; 
  • MXB üçün skriptlərin və təlimatların hazırlanması;
  • MXB-yə daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi; 
  • FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi; 
  • İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi; 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
  • Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi; 
  • Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi; 
  • Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması; 
  • Sənəd axınına nəzarətin edilməsi; 
  • Müştərilər üçün endirim kampanyalarının icra edilməsində dəstəyin göstərilməsi; 
  • Müştərilər ilə görüşlərin keçirilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2500-3000 AZN (NET);  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

Oil Company

HR Generalist

 Son tarix 08 sen 2023 [email protected]

HR Generalist – Operational direction:

  • good command of AZE and ENG who can be cultural fit to our team 
  • strong knowledge of Labor Legislation
  • flexible to handle other HR duties, if required

HR Generalist – Rewards & Performance direction but ready to handle other HR duties:

  • excellent command of AZE & ENG is essential as the position holder should communicate fluently in both languages
  • Russian is desirable
  • understanding / experience in production is essential

Salary: 2500 and 3000 azn NET.

If you are interested in this role and for more info please send your CV with your salary expectation.

Best Bearings Company

Direktor Müavini

 Son tarix 08 sen 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək
  • Direktorun qərarlarının icrasına nəzarət etmək.
  • Şirkətin Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.    
  • Şirkətdə yeni istiqamətlərin və yeni bölmələrin qurulmasında iştirak etmək
  • Şirkətin bazar tanıtımına dair işlərin aparılması.
  • Lazımi hesabatların hazırlanması, toplanması və təqdim edilməsini təşkil etmək
  • Direktorun göstərişi ilə Direktor müavini səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək
  • Şirkət daxili strukturlaşdırma işinin təşkilinə dəstək.

Namizədə tələblər:

  • Ali təhsil
  • Yaş aralığı: 30-45
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • 5 illik idarəetmə təcrübəsi (həmçinin satınalma sahəsində təcrübəsinin olması üstünlükdür)
  • Analiz və qərar qəbul etmə bacarığı

İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)

Əmək haqqı: 1200-3000 AZN (əmək haqqı + bonus)

Tələblərə cavab verən şəxslər CV-ni mövzu yerinə Direktor Müavini yazaraq göndərə bilərlər.

Əlaqə nömrəsi: +994 50 255 10 78

Qeyd: Yalnız e-mail ünvanına gələn CV-lərə baxılacaq.

Azconstruction QSC

Elektrik mühəndisi

 Son tarix 07 sen 2023 [email protected]

Tələblər:

  • işçinin bu sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi olmalı;
  • ingilis dilini yüksək səviyyədə bilməlidir.

Əmək funksiyasına daxildir:

  • Layihələrin analiz edilməsi, (Nəzərdə tutulan obyektlərin daxili və xarici işıqlandırılması, Alçaq və yüksək gərginlikli panellərin hazırlanması və s.) obyektlərin təkliflərinin (smetaların) hazırlanması və sifariş üzrə nəzərdə tutulan obyektlərin və qurğuların elektrik avadanlıqları ilə təmin edilməsi,
  • Layihələrə uyğun işçi eskizlərinin hazırlanması,
  • Texniki – təhlükəsizlik qaydalarına riayət edilməsi.
  • Layihələrin mütamadi yoxlanılması və layihə üzrə işin icrasına nəzarət edilməsi.

Əmək haqqı 3000 (üç min) manatdır.

Eight Marketing and Management Company

Restorator (Restoranlar şəbəkəsinin direktoru)

 Son tarix 03 sen 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Restoranların satış siyasətinin formalaşdırılması
  • Restoran ərazisində müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi
  • Marketing strategiyasının formalaşdırılması
  • Konseptə uyğun satış strategiyası hazırlanması,restoranlara tətbiq edilməsi,qonaqların restorana cəlb edilməsi
  • Menyuların hazırlanması,dəyişikliklər edilməsi
  • Qonaqlara keyfiyyətli xidmət göstərilməsi məqsədilə yemək və içki barədə işçiləri təlimatlandırmaq.
  • Bazara uyğun işin səmərəliliyinin təşkil edilməsinə nəzarət edilməsi
  • Qonaqların məmnuniyyətinin təmin edilməsi və yarana biləcək şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll edilməsi və daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi
  • Qiymətlərin, qida üzrə satış tendensiyalarının nəzərdən keçirilməsi
  • Restoranın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını araşdırmaq və rəhbərliyə təkliflər irəli sürmək
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərinin və şərtlərinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək
  • Satış sayınının artırılması, müxtəlif hesabatların dəqiq və vaxtında hazırlanması, restoran fəaliyyətinin bütün sahələrinə nəzarət edilməsi və standartlara uyğunluğunun təmin edilməsi

Namizədə tələblər :

  • Restoran standartlarını bilməli və tətbiq etməyi bacarmalı
  • Restoran və ya otel sahəsində minimum 3 illik iş stajı
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli (İngilis dili arzuolunandır)
  • Rəqabət təhlilinin aparılması
  • Büdcə planlaşdırılması və təqibi
  • Komandada işləmək bacarığı, yaxşı ünsiyyət qurmaq bacarığı

İş şərtləri:

  • Həftə içi 6 gün 
  • İstirahət günü – bazar günləri
  • Əmək haqqı 3000-4000
  • İş yeri: AĞ ŞƏHƏR

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərməyiniz xahiş olunur

CV-nizi göndərdikdə (tema ) hissəsində müraciət etdiyiniz vakansiya nın adını “Restorator” qeyd etməyiniz xahiş olunur.

GFC MMC

Baş Mühasib

 Son tarix 01 sen 2023 [email protected]

Namizədə aid tələblər:

  • 25-45 yaş arasında;
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
  • Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər (İngilis dili-arzuolunandır);
  • Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
  • Dövlət hesabatların tərtib olunması; 
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, dəqiq və peşəkar;
  • Yüksək səviyyədə yazışma bacarığı;
  • ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
  • Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
  • Cəmiyyət üzrə  debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu  aparır;
  • Aylıq  əmək  haqqını hesablayır;
  • Bank sənədlərini tərtib edir;
  • Kassa  uçotuna  nəzarət edir;
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlayır;
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edir;
  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
  • Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlayır;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı 2500-3000 azn. 

CV göndərərkən mövzu yerinə vakansiyanın adı  qeyd olunsun.

Company

Baş Mühasib

 Son tarix 31 avq 2023 [email protected]

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə,iqtisadiyyat)
  • Dil biliyi: Azərbaycan, İngilis
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
  • ACCA F2, F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
  • Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında işləmə bacarığı
  • Təşkilati, analitik və idarəetmə bacarıqları

İş yeri: Bakı şəhəri/Şamaxı rayonu

Əmək haqqı: 2000-3000AZN

Ram Holding

Product Owner

 Son tarix 27 avq 2023 [email protected]

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi və ya İnformasiya texnologiyaları sahəsində üstünlükdür);
  • Layihə idarəedilməsində minimum 3 illik təcrübə və İT layihələrində təcrübənin olması;
  • İngilis dili – İntermediate və üzəri;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • İdarətmə qabiliyyəti;
  • Partnyorlarla danışıqların aparılması bacarığı və bu sahədə təcrübənin olması;
  • Prosesləri təsvir etmə bacarığı;
  • Agile metodologiyası üzrə biliklərinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Məhsulun yol xəritəsinin tərtibi və planlamanın olunması;
  • Məhsulun və xidmətin inkişafında prioritetlərin qurulması;
  • Məhsul üzrə şirkətdaxili və xarici görüşlərin keçirilməsi;
  • Məhsulun hazırlanması prosesində müvafiq komandalarla daimi əlaqə;
  • İT komandasının tapşırıqlarının idarəolunması;
  • Back-log tapşırıqların icrası, dəyişikliklərin, testlərin edilməsi və izlənilməsi;
  • İstifadəçilərdən rəylərin alınması və təkmilləşdirmə təkliflərinin verilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3000-3500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • Çalışacağınız ünvan: Çinar Park Biznes Mərkəzi

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Product Owner” yazaraq göndərmələri xahiş olunur.

Iktex

Java Back-End Developer (Junior-Middle)

 Son tarix 27 avq 2023 [email protected]

Namizədə tələblər:

  • Yaş: 22-35
  • Universitetdə Proqramlaşdırma, Kompüter Mühəndisliyi, Texniki və ya buna bənzər sahələrdə bakalavr və ya magistr təhsili
  • Minimum 3 il Java backend proqramlaşdırma təcrübəsi
  • Java 8+ proqramlaşdırma dili üzrə dərin biliklər
  • Git və Digər Versiya İdarəetmə Sistemləri (VCS) üzərində işləməyə qabiliyyət
  • Spring Framework (Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security) təcrübəsi
  • Clean code prinsiplərini bilməli
  • ORM (Hibernate) bilikləri
  • Microservice arxitekturası və REST api serverlər haqda biliklər
  • Verilənlər bazaları ilə işləmək bacarığı (PostgreSQL, Oracle və s.);
  • Azərbaycan dilində əla, İngilis dilini yaxşı(mündəricatla işləmək və texniki məlumatları başa düşmək bacarığı) səviyyədə bilməli
  • Özünü inkişaf etdirməyə hazır və yeniliklərə açıq olmaq
  • CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri arzu olunandır

İş barədə məlumat:

  • Yeni böyük layihələrdə iştirak etmək
  • Mövcud sistemlərə əlavələrin və düzəlişlərin olunması
  • Həftə içi 5 gün
  • İş saatı: 09:00-dan – 18:00-dək
  • Maaş müsahibə əsasında (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq).
  • Əmək haqqı: 1000 – 3000 AZN

Dövlət qurumu

PR üzrə mütəxəssis (İctimaiyyətlə əlaqələr)

 Son tarix 25 avq 2023 [email protected]

Öhdəliklər:

  • Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; 
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • 24-32 yaş; 
  •  Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət ; 
  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Ali təhsil; 
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Kollektivdə çalışmaq qabiliyyəti.

Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 3000 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “PR üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

fed.az