Azərbaycanın neft-qaz sektoruna sərmayələr çoxalıb

407

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 237,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik 18,8% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 724,3 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.