İstanbulda gəmidə partlayış olub, ölən və yaralanan var – YENİLƏNİB

407

İstanbulda gəmiqayırma zavodundakı gəmilərdən birində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb və 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, partlayış gəminin tullantılar bölməsində baş verib.

Hadisəyə ilkin səbəb kimi qaz sıxılması göstərilir.

13:12

İstanbulun Tuzla rayonunda gəmidə partlayış olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər ölüb.

Partlayışın səbəbi hələ ki, məlum deyil.