Türkmənistan Xəzərin su balansının öyrənilməsində elmi əməkdaşlığı gücləndirməyə çağırıb

191

Türkmənistan su balansının öyrənilməsi və Xəzər dənizinin səviyyəsindəki tərəddüdlərin səbəblərinin müəyyən edilməsi məqsədilə Xəzəryanı dövlətlərin elmi əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib.

“Xəzər dənizinin su məkanının sahəsinin azalması kəskin problemdir. Bu baxımdan, su balansının öyrənilməsi və Xəzər dənizinin səviyyəsindəki tərəddüdlərin səbəblərinin müəyyən edilməsi sahəsində elmi əməkdaşlığın gücləndirilməsinə təcili ehtiyac var. Bununla gedişatı proqnozlaşdırmaq asan olacaq. Bu isə həm Xəzər dənizinin ekosistemini qorumaq, həm də Xəzəryanı dövlətlərin sahilyanı rayonlarının iqtisadiyyatları üçün böyük əhəmiyyət kəsb edir”, – o deyib.