Dənizçilər arasında üzgüçülük yarışı təşkil olunub

523

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və struktur idarələrin əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.

Turnir ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə məxsus üzgüçülük hovuzunda baş tutub.

ASCO-nun idman üzrə 2023-cü ilə dair illik planına əsasən təşkil olunan yarışa böyük maraq olub.

Üzgüçülük yarışında birinciliyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun gəmi təmiri çilingəri Aleksandr Kokaryev əldə edib. Bu Zavodun gəmi dülgəri Denis Borisov ikinci, Xəzər Dəniz Neft Donanmasının matrosu Ədil Abdullayev üçüncü sırada qərarlaşıb.

Qaliblərə ASCO adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan bu cür idman tədbirləri dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, eləcə də ən yaxşı idman kollektivlərinin müəyyən olunması məqsədi daşıyır.

asco.az