ASCO sədri İstanbdulda təmir olunan gəmilərin heyət üzvləri ilə görüşüb

453

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev 17-18 avqustda “ASCO Türkiyə”nin  İstanbuldakı ofisində və Altınova/Yalova bölgəsində yerləşən Gürdesan tərsanəsində təmir edilən “Natavan”, “Qafur Məmmədov” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərində olub və heyət üzvləri ilə görüşüb.

 ASCO sədri xarici sularda istismar olunan gəmilərin heyət üzvləri ilə görüşündə dənizçilərə göstərilən diqqət və qayğıdan, qarşıya qoyulan məqsəd və hədəflərdən, donanmalarımızın yenilənməsi prosesindən, beynəlxalq dəniz daşımalarındakı mövqelərimizin möhkəmlənməsindən danışıb. Eyni zamanda gəmiçiliyin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar qarşıya qoyulan tapşırıqların icrası ilə əlaqədar görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.

Sədr bildirib ki, hazırda xarici sularda üzən gəmi heyətlərinin hazırlıq səviyyəsi xüsusi önəm daşıyır. O, heyət üzvlərinin işə münasibəti, nizam-intizamı,  liman nəzarət müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı komandir heyətinin məsuliyyəti barədə ciddi tapşırıq və tövsiyələrini verib.

Daha sonra Rauf Vəliyev gəmiçiləri dinləyərək onların qayğıları və problemləri ilə maraqlanıb.

Rauf Vəliyev Gürdesan tərsanəsinin fəaliyyəti və imkanları ilə də yaxından tanış olub. O həmçinin zavod rəhbərliyi ilə görüşərək cari və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

asco.az