Kurık limanında yeni terminallar tikiləcək

339

Qazaxıstanın Kurık limanında taxıl terminalı və çoxfunksiyalı “Sarja” dəniz terminalı inşa ediləcək. Bununla bağlı Qazaxıstanın “Semurg İnvest” və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətləri arasında Saziş imzalanıb.

“Seanews.az” xəbər verir ki, tikiləcək terminalın ərazisində hazırda müvəqqəti saxlanc anbarı fəaliyyət göstərir. Layihənin ilkin fazasına daxil olan iki körpü və əraziyə gələn dəmir yol xətlərinin tikintisi sona çatıb.

Tezliklə ilk yük partiyasının daşınması nəzərdə tutulub.

Layihənin tam işə düşməsi nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının il ərzində 10 milyon tona qədər artırılması gözlənilir.