Panama kanalından keçidə görə məhdudiyyətlərin vaxtı uzadılıb

270

Panama Kanalı İdarəsi quraqlığa görə, gəmilərin keçidinə məhdudiyyətlərin sentyabrın 2-dək uzadılacağını açıqlayıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, ekspertlər Panama kanalında gəmiçiliklə bağlı məhdudiyyətlərin ölkəyə 200 milyon dollar ziyan vura biləcəyini iddia edirlər.

Daha əvvəl bildirilmişdi ki, hakimiyyət ciddi quraqlıq səbəbindən suya qənaət etmək məqsədilə kanaldan gündəlik keçidlərin sayını 32-yə qədər məhdudlaşdırdıqdan sonra Panama kanalının hər iki tərəfində 200-dən çox gəmi ilişib. Bəzi gəmilər sərhədi keçmək üçün tıxacda 20 gün vaxt itirir.

Xatırladaq ki, şiddətli quraqlıq yağışlı mövsümdə Panama kanalının dayazlaşmasına və mayeləşdirilmiş təbii qaz tankerlərin uzun müddət boş qalmasına səbəb olub.

Meteoroloqların proqnozlarına görə, kanalın mərkəzində yerləşən Qatun gölündə suyun dərinliyi son həddədir. Bu, gəmilərin suya oturumu ilə bağlı məhdudiyyətlərə ehtiyacı diktə edir.

İyunun 19-dan gəmilər suyaoturumuna tələb 13,41 metr olub, iyulun 19-dan isə 13,11 metrdir.