Dövlət Sərhəd Xidməti 7 tender elan edir.

421

FED.az xəbər verir ki, tender elanları aşağıdakı predmetlər üzrə keçirilir.

1. Yanğınsöndürən (6×6) avtomobili – (İştirak haqqı  450 manatdır)

2. B-92 layihəli Neftqaz tipli gəmilərin orta (əsaslı) təmir işləri – (İştirak haqqı 1500 manatdır)

3.Gəmi İnşası və təmiri mərkəzinin fəaliyyətinin bərpası üçün dəniz hidrotexniki qurğuların təmir (tikinti) işləri – (İştirak haqqı 1000  manatdır)

4. 4×2 markalı (dizel) trend reanimobil ambulans avtomobili – (İştirak haqqı 250  manatdır)

5.KAMAZ-43114 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər – (İştirak haqqı 350 manatdır)

6.Minik, yük avtomobilləri, xüsusi və mühəndis texnikaları üçün avtoşinlər – (İştirak haqqı 350 manatdır)

7.MAZ markalı avtomobillər üçün 525/70 R-21 66 PR-16 ölçülü avtoşinlər –  (İştirak haqqı 350 manatdır)

Müsabiqənin başlama tarixi və vaxtı: 08.09.2023 09:00 (KAMAZ-43114 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər adlı tenderdə saat 14:00-da)

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:29.09.2023 14:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 09.10.2023 14:00

Zərflərin açılış tarixi və vaxtı: 10.10.2023 14:00

Ödəniş şərtləri – Ödəniş iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra elektron qaimələr, hesab fakturalar, aktlar və digər sənədlərə əsasən aparılacaqdır.

Çatdırılma yeri – Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km

Tələb olunan sənədlər

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Tenderdə iştirak etməklə bağlı ərizə.

Nizamnamə.

Dövlət qeydiyyatı haqqında şəhadətnamə.

Dövlət reyestrindən çıxarış.

İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış).

İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Yüklülük haqqında arayış).

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış.

2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqlənmiş surəti (2022-ci il üçün mənfəət vergisinin bəyannaməsi).

İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı.

Rekvizitlər.

İxtisas göstəriciləri:

1) Potensialı,maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair əsas şərtlər toplusunun 3-cü bölməsində göstərilən Əlavə 1-in “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” forması əsasında arayış və təsdiqedici sənədlər toplusu.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Toğrul Qarayev, Satınalma mütəxəssisi

Email: [email protected]

Əlaqə telefonu: 012-498-01-36