Keniya Limanlar İdarəsinin nümayəndə heyəti Bakı Limanına səfər edib

305

Keniya Limanlar İdarəsinin Liman və dəniz əməliyyatları üzrə Baş direktoru Əli Abdi Abdillenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Kenyada liman əməliyyatlarının inkişafı və logisitkada müasir texniki həllərin tətbiqinin araşdırılmasını həyata keçirən qonaqlar Bakı Limanının imkanları ilə yaxından tanış olublar. Səfər zamanı nümayəndə heyəti Bakı Limanının donanma və əməliyyat heyəti ilə də bilik mübadiləsi sessiyalarında iştirak ediblər. Nümayəndə heyəti, müxtəlif növ yüklərin aşırılma prosesisində tətbiq edilən müasir texnologiyalar, terminallarda yükaşırma prosesinin operativ formada təşkili üsulları ilə tanış olub.

Source:https://www.facebook.com/BakuSeaTradePort