Qara dənizdə yük gəmisi minaya düşdü – FOTO

875

Qara dənizdə, Rumıniya sahillərindən təxminən 40 kilometr aralıda “Seama” adlı yük gəmisi minaya düşüb.

Partlayış nəticəsində ölən olmayıb. Lakin 12 ekipaj üzvü yaralanıb və onlar müalicə üçün Sulina limanına çatdırılıblar. Ekipaj üzvləri Rumıniya Hərbi Dəniz Donanmasının xilasedici gəmisində təxliyə ediliblər.

Rumıniyanın dəniz xilasetmə agentliyi olan “MRCC” gəmiyə ciddi ziyan dəydiyini açıqlayıb. İlkin məlumata görə, partlayış gəminin maşın zalında baş verib. Ekipaj üzvlərinin sözlərinə görə, gəmi minaya düşüb. Eyni zamanda Rumıniya rəsmiləri hələ partlayışın səbəbini təsdiq etmədiklərini bildiriblər.

Mənbə: CNN