Rumıniya Moldovanın yeganə limanını almağa hazırdır

240

Rumıniya Moldovanın yeganə limanını almağa hazırdır.

“Seanews.az” xəbər verir ki, söhbət Moldovanın cənubunda yerləşən Çurjuleşti çay limanından gedir.

Ölkənin Baş naziri Marsel Çiolaka bildirib ki, limanın yeganə səhmdarı Avropa Yenidənqurma və İnkişaf Bankıdır (AYİB) və Rumıniyanın nəqliyyat naziri artıq bankın nümayəndəsi ilə marağını bildirmək üçün danışıqlar aparıb.

Vaxtilə Avropa Yenidənqurma və İnkişaf Bankıdır Dunayda limanın tikintisinə dəstək verib və 27,5 milyon dollar ayırıb. Beləliklə, Moldovanın Qara dənizə çıxışı təmin edilib. 2022-ci ildə limanın yük dövriyyəsi rekord həddə – 1,8 milyon tondan çox olub. Hazırda limanda yeni kiörpü tikilir. Eyni zamanda, bankın nümayəndələri əvvəllər limanın saxlanılması və inkişafı üçün beynəlxalq investorları cəlb etmək istədiklərini bəyan ediblər.

Mümkün satış xəbərləri fonunda Moldovada bəzi ictimai xadimlər və siyasətçilər bu addımın əleyhinə çıxış ediblər. Onların fikrincə, bu, ölkəni suverenlikdən məhrum edəcək.